ELM VƏ TƏHSİL


Moskvada Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” kitabının təqdimatı keçirilib

Moskvadakı Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Həsən Həsənov kitabın Moskvada nəşr edilməsinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirib.