ELM VƏ TƏHSİL


Xaçmazda keçirilən “Kitab bayramı”nda 2500-dən çox kitab nümayiş olunub

Mayın 22-də Xaçmaz şəhərindəki “Fəvvarələr bağı”nda təşkil olunan ənənəvi “Kitab bayramı”nda 2500-dən çox kitab nümayiş etdirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, mədəniyyət şöbəsinin mərkəzləşdirilmiş kitabxanalar sisteminin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə rayonun idarə və təşkilatlarının rəhbərləri, kitabxana, mədəniyyət, təhsil işçiləri və məktəblilər iştirak ediblər.