MƏDƏNİYYƏT


Bakıda “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə mayın 24-də Bakı İdman Sarayında “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.