MƏDƏNİYYƏT


Şabranda “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilir

Mədəniyyət naziri Əbülfəs Qarayev konfransın açılış mərasimində çıxış edərək Azərbaycanın qoşulduğu beynəlxalq mədəni marşrutlar barədə ətraflı məlumat verdi. Ölkəmizdə turizm sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə danışan nazir bildirdi ki, Azərbaycanda turizm sənayesi son illərdə yeni mərhələyə qədəm qoyub.