MƏDƏNİYYƏT


Xaçmazda Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

Xaçmazda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil etdiyi konsertdə akademiyanın müəllim və tələbə heyyəti klassik musiqi nömrələrini ifa ediblər.