CƏMİYYƏT


Bakıda və Abşeronda şimal-qərb küləyi saniyədə 28-36 metrədək şiddətlənib

Yanvarın 17-si saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir. Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur.