MƏDƏNİYYƏT


Qədim sənəti yaşadanlar - qurama ustası

Azərbaycan xanımlarının yaratdığı rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət nümunələri həmişə göz oxşayıb. Yüz illər əvvəl qənaətcil qadınlarımız kiçik ölçülü parçalara dəyər vermək üçün onların birləşməsindən müxtəlif tikmələr hazırlayıblar. Ortaya çıxarılan örtülərə zaman keçdikcə ornamentlər və naxışlar da əlavə edilib. Xalidə Nəsirova Azərbaycanda qurama sənətini yaşadan az sayda sənətkarlardan biridir. İçərişəhərdə yaşayan bu xanım evinin bir otağını da qurama işlərindən ibarət muzeyə çevirib. Xalidə Nəsirovanın hazırladığı quramaların hər biri özünəməxsusluğu ilə seçilir.