CƏMİYYƏT


Bir neçə Xaçmaz sakini Dəmiryolu Səyyar Klinikasında gözündən əməliyyat olundu

İki gün ərzində Xaçmazda fəaliyyət göstərən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikasının xidmətlərindən 180 sakin faydalanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi aksiya çərçivəsində Milli Oftalmologiya Mərkəzinin müasir avadanlıq və aparatlar ilə təchiz edilmiş avtomaşınında səyyar klinikanın həkimləri 10 nəfər üzərində uğurlu cərrahiyyə əməliyyatı aparıb.