İDMAN


“Çelsi” Bakıda “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdi

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.

AZƏRTAC xəbər verir ki, italiyalı referi Canluka Rokkinin idarə etdiyi oyunun birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq qapılara top vurulmayıb.

Lakin fasilədən sonra azarkeşlər meydanda beş qol izləyiblər.