İDMAN


Eden Hazard İspaniyanın “Real Madrid” klubuna transfer olub

İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Hazard İspaniyanın “Real Madrid” klubuna transfer olub.

AZƏRTAC klubun rəsmi “Instagram” səhifəsinə istinadla xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə beşillik müqavilə imzalanıb.

Bildirilir ki, 28 yaşlı cinah hücumçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin “Real Madrid”ə 100 milyon avroya başa gəldiyi yazılıb.