İDMAN


İkinci Avropa Oyunlarında Azərbaycanı altı könüllü təmsil edəcək

“Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının üzvləri və nümayəndə heyəti ilə iyunun 10-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

AZƏRTAC xəbər ki, tədbirdə Minskə yollanacaq millimizin üzvləri ilə yanaşı, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev, həmçinin federasiyaların rəsmiləri iştirak ediblər.

Ç.Hüseynzadə bildirib ki, yığıncaqda əsas məqsəd nümayəndə heyətini vacib məsələlərlə bağlı məlumatlandırmaqdır. O, komanda üzvlərinin Minskdə qarşılanmaları və yarışda iştirak məsələləri barədə söhbət açıb.