MƏDƏNİYYƏT


İtaliyada İkinci Azərbaycan Film Festivalı başlayıb

İyunun 20-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada İkinci Azərbaycan Film Festivalının rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, “Casa del Cinema”, “Zetema”, “RAI Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən festivalın media tərəfdaşları “Askanews” xəbər agentliyi, AZƏRTAC, AzTV, və “AzerbaijanNews” xəbər portalıdır.