CƏMİYYƏT


Qubada keçirilən humanitar aksiyada 200-ə yaxın donor könüllü qan verib

Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən qanvermə aksiyasında 200 nəfərə yaxın donor qan verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının Quba bölməsində keçirilən humanitar aksiyada xüsusi tibb briqadasının həkim-hematoloqları Mərkəzi Rayon Xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.