CƏMİYYƏT


İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 38 min 118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10 milyon 19 min 575 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.