CƏMİYYƏT


Böyükşor gölü ərazisində 50-dən artıq sərv ağacı əkilib

Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology 2019” sərgisi keçiriləcək. İlk dəfə 2010-cu ildə öz qapılarını ziyarətçilərin üzünə açan sərgi ildən-ilə həm ölkəmizdə, həm də regionda geniş şöhrət tapır. Sərgi fəaliyyət göstərdiyi müddətdə dünyanın 15 ölkəsindən 500 şirkəti bir araya gətirməyə nail olub.
AZƏRTAC xəbər verir ki, noyabrın 2-də Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən Böyükşor gölü ərazisində Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisinin 10 illik yubileyi münasibəti ilə sərv ağacları əkilib.