İQTİSADİYYAT


Hacıqabulda bağlardan indiyədək 9 min tondan çox nar yığılıb

Hacıqabulda hazırda həyətyanı sahələrlə birlikdə 1559,6 hektar meyvə bağı var. Cari təsərrüfat ilinin 11 ayı ərzində bu bağlardan 14 min 708,1 ton məhsul tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Onlar becərdikləri 1177 hektar nar sahəsindən bu günə kimi 9 min 349 ton məhsul yığıblar.