CƏMİYYƏT


Bu il Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 727 minə yaxın müraciət daxil olub

2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BTTTYS) 726 693 ümumi müraciət daxil olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciət edənlərdən 66600-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 80 minə yaxın, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13 200-yə yaxın olub.