CƏMİYYƏT


Azərbaycanın milli parkında daha iki bala bəbir qeydə alınıb

Həsən Əliyev adına Zəngəzur Milli Parkında daha iki bala bəbirin videogörüntüləri qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-video tələlər vasitəsilə 2019-cu ilin noyabr-dekabr aylarında əldə edilib.
Qeyd edək ki, son illər ərzində Zəngəzur Milli Parkında altı bəbir balası müşahidə olunub.