CƏMİYYƏT


Bakıda 13° isti olacaq

Martın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 11-14° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacaq.