İQTİSADİYYAT


Xaricə gedən azərbaycanlıların 84,1 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 84,1 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələrə səfər edən vətəndaşlarımızın 15,2 faizi hava, 0,7 faizi isə dəniz nəqliyyatına üstünlük verib.