CƏMİYYƏT
İyunun ilk günü Bakıda hava günəşli olacaq
31.05.2020 [14:23]
Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.
06.05.2024 [14:31]
02.05.2024 [17:01]
06.05.2024 [18:28]
06.05.2024 [17:27]
06.05.2024 [15:09]
04.05.2024 [21:02]
26.04.2024 [14:56]
02.05.2024 [16:23]
03.05.2024 [17:30]
02.05.2024 [15:32]
02.05.2024 [15:28]
02.05.2024 [15:19]
02.05.2024 [13:30]