CƏMİYYƏT


İsmayıllı və Şamaxı yaylaqlarına köç davam edir

Yay fəslinin yaxınlaşması ilə əlaqədar çobanlar aran rayonlarından dağlıq ərazilərə üz tuturlar. Əvvəlcə qışlaqdan yaylağa lazımi ev əşyaları köçürülür. Ardınca heyvanların köçü başlayır. Köç elə də asanlıqla reallaşmır. Sürü yaylağa köç edən zaman bəzən çobanlar yağışa, bəzən də istiyə düşürlər. Dəyişkən hava şəraiti işin çətinliyini və məsuliyyətini daha da artırır.
Bəzən sürüyə qurd hücum edir, bəzən də hər hansı heyvan yolda xəstələnir ki, bunlar da köç prosesinin çətin anlarındandır. Çobanların əsas köməyinə atlar və itlər çatır. Sürünü aparan çobanlar atlardan növbəli olaraq istifadə edirlər.