CƏMİYYƏT


Xızıda binanın beşinci mərtəbəsində narkotik becərən “Pedro” saxlanıldı

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Giləzi qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.