CƏMİYYƏT


Azərişıq rəsmisi: İşıq sayğaclarına kənar müdaxilə ilə bağlı iddialar əsassızdır

Son zamanlar sosial şəbəkələrdə iyunda enerji sərfiyyatının artıq göstərilməsi ilə bağlı şikayətlər gündəmə gəlir. Belə bir hal 2018-ci ildə də yaşanıb və araşdırılaraq məlumat verilib. “Azərişıq” ASC 2 milyon 700 mindən artıq abonentə xidmət edir. Onlardan 184 mini qeyri-əhalidir. Yay mövsümündə enerjidən istifadə hallarında artım müşahidə olunur.2018-ci ilin iyul ayında iyun ayına nisbətən enerji artımı 407 milyon kilovatt/saat, 2019-cu ilin iyul ayında iyun ayına nisbətən 141 milyon kilovatt/saat enerji artımı, bu ilin ötən dövrü ilə müqayisədə isə 201 milyon kilovatt/saat enerji artımı qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır