Metronun “Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
22.09.2026 [16:56]
Xəbərin mətni
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarından rahat istifadə edə bilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. AYNA-dan AZƏRTAC-a bildirilib ki, bu dayanacaqlardan Bakı–Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək.