İQTİSADİYYAT


Sabirabadlı fermerin pambıq sahəsində yeni becərmə texnologiyasına baxış keçirilib

Sabirabadlı fermer Əfras Əsgərovun pambıq sahəsində yeni becərmə texnologiyasına baxış keçirilib. Çiyid səpininin qoşa cərgə əsasında aparılmasına əsaslanan texnologiyada bitkinin bioloji məhsuldarlığı təyin edilib və səmərəliliyi qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, “Azərpambıq” ASK-nın baş direktoru Bəhruz Camalov və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları texnologiyanın digər rayonlarda da tətbiqini tövsiyə ediblər.