Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

19.09.2026 [11:54]

Xəbərin mətni

Dövlət başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən Ağdərə rayonunda irihəcmli enerji layihələri həyata keçirilir. Belə ki, Tərtərçayın Ağdərə rayonundan keçən hissəsində 8,2 meqavat gücündə “Çardaqlı-1” və 6,8 meqavat gücündə “Çardaqlı-2” su elektrik stansiyaları tikilir. Layihə çərçivəsində hər iki stansiya üçün suqəbuledicilər və maşın zalları inşa olunur, mürəkkəb dağlıq relyefdə ümumilikdə 11,4 kilometr uzunluğunda, 2400 millimetr diametrli derivasiya boruları çəkilir.