SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsi Qarabağ həqiqətlərini dünyaya yayır

Diasporla İş üzrə Dövlət Komitəsinin son illər həyata keçirdiyi mühüm layihələr Qarabağ həqiqətləri haqqında istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinin maariflənməsi işinin coğrafiyasını xeyli genişləndirib.AZƏRTAC xəbər verir ki, komitənin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzi ilə birgə layihəsi olan “Qarabağ saatı” verilişinin ilk buraxılışı Dağlıq Qarabağ Muxtar Vilayətinin hansı məqsədlə yaradılmasına həsr edilib.