Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir

01.10.2026 [20:49]

Xəbərin mətni

Azərbaycanda istehsal olunan müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir. Ölkəmiz iri, inkişaf etmiş hərbi-sənaye komplekslərinə malik dövlətlərlə, xüsusilə Türkiyə, İsrail və Çinlə birgə layihələr həyata keçirir, ABŞ ilə məsləhətləşmələr aparır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.