SİYASƏT


İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin “Vətən naminə” adlı layihəsi keçirilib

İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin “Vətən naminə” adlı layihəsi keçirilib.Bu gün dünya azərbaycanlılarının arxasında Azərbaycan dövləti durur. Dünya azərbaycanlıları ölkəmizin hər bir uğuruna sevinir, mövcud siyasəti dəstəkləyirlər. AZƏRTAC xəbər verir ki, İctimai Birliyin bu layihəsində vətən sevgisi ilə iştirak edən ABŞ, Almaniya, Kanada, Oman, Misir, Türkiyə, Fransa, Finlandiya, İspaniya, İtaliya və digər xarici ölkələrdə yaşayan soydaşlarımız vətənə sədaqət və məhəbbətlərini bu şəkildə nümayiş̧ etdiriblər. Layihədə xarici dövlətlərdə yaşayan 18, ölkəmizdə yaşayan 27 soydaşımız iştirak edib. İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyi layihənin uğurla həyata keçirilməsində göstərdikləri dəstəyə görə iştirakçılara təşəkkür edir.