İQTİSADİYYAT


Nərimanov rayonunda 6630 metrlik küçə və yol təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən Nərimanov rayonunda təmirə ehtiyacı olan 9150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Nərimanov rayonunda ümumi uzunluğu 3,4 kilometr olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1,2 kilometrik yollarının, ümumi uzunluğu 3,6 kilometr olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” massivlərinin, o cümlədən “205-ci məhəllə” yollarının, həmçinin Elçin İsaqzadə adına yaşayış massivinin 0,5 kilometrlik yolunun, “Qarametal emalı” yaşayış məhəlləsində isə ümumi uzunluğu 0,56 kilometr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin böyük əksəriyyəti tam şəkildə təmir olunub.