İDMAN


Ukraynada yaşayan soydaşımız sərbəst güləş üzrə ölkə çempionu olub

Ukraynada yaşayan soydaşımız Emil Qaibov Lvovda keçirilən sərbəst güləş üzrə ölkə çempionatının qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən soydaşımız bütün rəqiblərinə inamla qalib gəlib.
E.Qaibov Ukrayna millisinin heyətində dekabrın 4-10-da keçiriləcək sərbəst güləş üzrə dünya çempionatına vəsiqəni təmin edib.
Ukrayna vətəndaşı olan E.Qaibov 8 yaşından güləşlə məşğul olur.