Azərbaycan Dövlət İnformasiya Agentliyi

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

28.09.2026 [10:29]

Xəbərin mətni

Almaniya paytaxtında 52-ci BMW Berlin Marafonu keçirilib. Dünyanın ən böyük marafonlarından biri olan bu yarışda 56 min 187 iştirakçı qeydiyyatdan keçib. Skeyt, əl velosipedi (handbike) və əlil arabası yarışlarının iştirakçıları ilə birlikdə həftəsonu tədbirlərinə qatılanların ümumi sayı 84 minə çatıb.