DÜNYA


İstanbulda meşəlik ərazidə yanğın baş verib

İstanbulun Maltəpə rayonunda yerləşən meşəlik ərazidə yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, yaxınlıqdakı yaşayış məntəqəsinin sakinləri təxliyə edilib.
Xəsarət alanlarla bağlı məlumat verilməyib. Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.