Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Britaniya səfiri: Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək

17.11.2026 [12:33]

Xəbərin mətni

Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək. Buraya süni intellekt və rəqəmsal transformasiyanın sürətləndirilməsi, insanların zəruri bacarıqlarla təmin olunması və mühüm sahələrdə gələcəyin iş yerlərinin yaradılması daxildir. Biz, həmçinin Ələt Azad İqtisadi Zonasında Britaniya şirkətləri ilə birlikdə qabaqcıl məlumat mərkəzi infrastrukturunun inkişafı istiqamətində fəal əməkdaşlıq edirik. Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.