İQTİSADİYYAT


“Sulutəpə dairəsi”ndə müxtəlif səviyyəli yol qovşağı inşa edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri və şəhər ətrafı ərazilərdə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində paytaxtın şimal qapısı istiqamətində genişmiqyaslı yenidənqurma işləri görülüb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin davamı olaraq hazırda “Sulutəpə dairəsi”ndə tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşların rahat hərəkətinin təmin olunması üçün yol qovşağının inşasına başlanılıb.