SİYASƏT


“Qarabağ saatı” verilişi yayıma başladı

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının və beynəlxalq ictimaiyyətin Qarabağ həqiqətləri ilə bağlı daha müfəssəl məlumatlandırılması üçün yeni TV layihələri həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu silsilədən olan “Qarabağ saatı” verilişinin ilk buraxılışı yayımlanıb. Veriliş Dağlıq Qarabağ Muxtar Vilayətinin hansı məqsədlə yaradılması məsələsinə həsr olunub. Verilişdə xaricdə yaşayan azərbaycanlı gənclərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır