CƏMİYYƏT


Ağcabədinin pambıq tarlalarında defolyasiya işləri dronlar vasitəsilə həyata keçirilib

Bu gün dronlardan kənd təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunur. Kənd təsərrüfatında tətbiq edilən dronlar əkin sahələrinin müxtəlif istiqamətlər üzrə monitorinqini aparmaqla, qısa müddətdə məlumatlar toplayıb sistemləşdirməyə və proqnozlaşdırmaya imkan verir. Dronlar vasitəsilə aqrokimyəvi məhsulların və pestisidlərin bitkilər üzərinə çilənməsi yüksək nəticə göstərir.