#prokurorluqdanizah həştəqi altında növbəti videoçarxda inzibati xətalarla bağlı suallara aydınlıq gətirilib
10.09.2020 [15:04]
Xəbərin mətni
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaş yönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.