İQTİSADİYYAT


Azərbaycan Çin beynəlxalq xidmət ticarəti sərgisində təmsil olunub

İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan sentyabrın 4-dən 9-dək Pekində keçirilən Çin beynəlxalq xidmət ticarəti sərgisində (China International Fair for Trade in Services - CIFTIS) iştirak edib. Bu, Azərbaycanın CIFTIS sərgisində ardıcıl ikinci iştirakıdır.
AZƏRTAC xəbər verir ki, Çin dövlətinin bu ildən daha çox əhəmiyyət verdiyi sərgi xidmət ticarəti sahəsində önəmli beynəlxalq platformaya çevrilib. Tədbir Çinin “açılım siyasəti”ndə Çin İdxal və İxrac Sərgisi (Canton Fair) və Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) ilə birgə ən vacib üç sərgidən biri hesab olunur.