DÜNYA


Çində tunelin çökməsi nəticəsində dağıntılar altında qalan 9 nəfərin axtarışları nəticə verməyib

Çinin cənubundakı Quansi Cuan muxtar bölgəsində inşası davam edən tunelin çökməsi nəticəsində 9 fəhlə dağıntılar altında qalıb.
AZƏRTAC bölgənin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə sentyabrın 10-da axşamüstü baş verib. Axtarış-xilasetmə işlərinə 400-dən çox canlı qüvvə cəlb olunub. Hələlik dağıntılar altında qalanların axtarışları nəticə verməyib.