İDMAN


Füzuli Məmmədov: Buraxdığımız kobud səhvlər məğlubiyyətə gətirib çıxardı

Oyuna çox ciddi hazırlaşmışdıq və yaxşı köklənmişdik. Meydana qələbə üçün çıxmışdıq. Bu cür komandalara qarşı daha diqqətli oynamaq lazım idi.AZƏRTAC xəbər verir ki, bunu UEFA Avropa Liqasının II təsnifat mərhələsində sentyabrın 17-də Bakı Olimpiya Stadionunda Türkiyənin “Qalatasaray” komandasına 1:3 hesabı ilə məğlub olan Bakının “Neftçi” klubunun baş məşqçisi Füzuli Məmmədov oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.Bildirib ki, futbolçularımız əzmkarlıq göstərdilər, qələbə qazanmaq üçün əziyyət çəkdilər. Buraxdığımız kobud səhvlər məğlubiyyətə gətirib çıxardı. Artıq qarşıdakı oyunlara hazırlaşmalıyıq.