DÜNYA


Türkiyənin bütün vilayətlərində COVID-19 xəstələrinin sayında artım var

Başda Ankara və İstanbul olmaqla Türkiyənin bütün vilayətlərində COVID-19 xəstələrinin sayında artım müşahidə edilir. Yoluxma sayının 65 faizədək çoxaldığı bölgələr var.AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında bildirib.
Qeyd edilib ki, bununla əlaqədar olaraq ölkədə qabaqlayıcı tədbirlərin artırılması nəzərdə tutulur və məhdudiyyətlərin tətbiqi istisna deyil.
Peyvənd haqqında məlumat verən Türkiyə Prezidenti 2021-ci ilin əvvəlində bu istiqamətdə bəzi müsbət nəticələrin gözlənildiyini deyib.