İDMAN


Əsmər və Sofiya Seyidova bacılarının növbəti medalları

Bazar günü səhər Macarıstanın Yasberen macar şəhərində keçirilmiş bədii gimnastika üzrə yarışda qaliblər kürsüsünün birinci və üçüncü pilləsində əkiz bacılar - Əsmər və Sofiya Seyidova yer alıblar.AZƏRTAC xəbər verir ki, hər iki iştirakçı orijinal nömrələrlə çıxış edib. Bacılar mürəkkəb bədii gimnastika elementlərin dəqiq icrası və artistizmlə hakimləri valeh ediblər.Bu, cari ilin yazında Macarıstanın paytaxtında keçirilmiş “Tavasi kupa” (Yaz kuboku) beynəlxalq gimnastika turnirini bürünc medulla başa vurmuş Sofiyanın birinci qızıl medalıdır.