DÜNYA


Çin daha bir okeanoqrafiya peykini orbitə çıxarıb

Çin daha bir okeanoqrafiya peyki olan “HaiYang-2C”ni orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, peyki orbitə aparan “Long March-4B” daşıyıcı raketi Ciuçüən buraxılış məntəqəsindən yerli vaxtla saat 13:40-da səmaya buraxılıb. Bu, Çinin üçüncü okeanoqrafiya peykidir və əvvəlkilərlə birlikdə şəbəkə halında işləyəcək. Peyk gün ərzində və istənilən hava şəraitində okean mühitindəki dəyişiklərin monitorinqini aparacaq.