SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir

Azərbaycan torpaqlarına hücumları davam etdirən Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə qarşı ən böyük mane olduğunu bur daha təsdiqləyib.AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci Sessiyasında videoformatda çıxışında söyləyib. Türkiyə dövlətinin başçısı deyib: “Dağlıq Qarabağ problemi başda olmaqla, bölgədəki bütün münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün və suverenliyini qorunması, BMT və ATƏT-in qətnamələri əsasında həll olunmasını istəyirik”.