Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu
30.09.2026 [15:00]
Xəbərin mətni
Kəngərli rayonunun Qarabağlar kəndində yaşayan, hazırda ehtiyatda olan xüsusi təyinatlı gizir Murad Xudiyev Vətən müharibəsində Hadrut, Xocavənd, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Döyüş yolu ağır sınaqlardan keçən qazinin yaddaşında 31 oktyabr 2020-ci il xüsusi yer tutur. Həmin gün Qarabulaq istiqamətində başından güllə yarası alan Murad 10-15 dəqiqə huşsuz vəziyyətdə qalıb. Döyüş yoldaşları onun şəhid olduğunu düşünüb, lakin o, yenidən gözlərini açaraq silahdaşlarının yanına qayıdıb və Şuşanın azad olunmasına qədər mühüm döyüş əməliyyatlarında iştirak edib.