İDMAN


İsveçrə prokurorluğu PSJ-nin prezidenti Nasser al-Helaifi üçün 28 aylıq həbs cəzası tələb edir

İsveçrə prokurorluğu Fransanın “Paris Sen-Jermen” futbol klubunun (PSJ) prezidenti və “beIN Media Group”un rəhbəri Nasser al-Helaifinin 28 aylıq həbs cəzasını tələb edir.AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, o, korrupsiyada ittiham olunur. Belə ki, Nasser al-Xelaifi dünya çempionatları matçlarının yayım hüquqlarının alınması üçün FIFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verməkdə günahlandırılır.Qeyd edək ki, “Paris Sen-Jermen”in prezidenti və FIFA-nın sabiq baş katibi dələduzluqda şübhəli bilinirlər.