Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir
06.10.2026 [17:38]
Xəbərin mətni
Laçın rayonunda yerləşən Ağoğlan monastırını növbəti dəfə ziyarət etmək bizlər üçün xüsusi əhəmiyyət daşıyır. Laçın işğaldan azad edildikdən sonra icma üzvləri ilk dəfə 2021-ci ilin fevralında monastırı ziyarət ediblər. Həmin vaxt da şəhidlərin xatirəsi yad edilib, dualar oxunub və sülh, əmin-amanlıq arzulanıb. Ağoğlan monastırı və digər dini abidələr Azərbaycan xalqının tarixi-mədəni irsinin ayrılmaz hissəsidir. Bu sözləri, Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafik Danakari Laçın rayonunda Ağoğlan monastırını ziyarət zamanı bildirib.