CƏMİYYƏT


Dövlət başçısının adından Naxçıvan Muxtar Respublikasına ambulanslar təqdim edilib

Sentyabrın 23-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib. Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov Agentliyin İdarə Heyətinin sədrindən “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 5-i sadə, 2-i reanimobil olmaqla 7 ədəd təcili tibbi yardım avtomobillərini qəbul edib. Naxçıvan Muxtar Respublikasının Baş Naziri Dövlət başçısının adından Naxçıvan Muxtar Respublikasına ambulansların təqdim edilməsini yüksək qiymətləndirib, Prezidentə və Birinci vitse-prezidentə minnətdarlığını ifadə edib.